“Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur" - Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmaris yanğın koordinasiya mərkəzinə baş çəkib.

Olaylar.az Haber Global-a istinadən xəbər verir ki, Prezident Marmarisdə meşə yanğınının nəzarət altına alındığını bildirib.

"Sevinirik ki, ölən və ya itkin düşən vətəndaşımız yoxdur. Marmarisdə meşə yanğını, Allaha şükür, nəzarət altına alınıb. Ümid edirəm ki, ağacəkmə işləri ilə bu bölgədəki yanğının fəsadlarını tez bir zamanda aradan qaldıracağıq", - deyə o, bəyan edib.

Ərdoğan meşə yanğını törədən şəxslərə verilən cəzalar barədə də danışıb.

"Bu məsələ ətrafında ciddi müzakirələr aparılmalıdır. Düşünürəm ki, əgər çəkindirici olmasını istəyiriksə, belə şəxslərə edam cəzası verilməlidir", - deyə Türkiyə prezidenti vurğulayıb.

sfera

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31