Ukrayna Baş Prokurorluğu Rusiyanın qətlə yetirdiyi uşaqların sayını açıqlayıb

Rusiya ordusu artıq Ukraynada 338 uşağı qətlə yetirib.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat yayıb.
"Rusiya Federasiyasının dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində 4 ay ərzində Ukraynada 948-dən çox uşaq zərər çəkib. 338 uşaq həlak olub, 610-dan çox uşaq yaralanıb".
Ən çox uşaq ölümünün baş verdiyi ərazilər Donetsk vilayəti (335 nəfər), Xarkov vilayəti (177 nəfər) və Kiyev vilayətidir (116 nəfər).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31