ABŞ NATO sammitində yeni addımlar elan edəcək
24 İyun 2022 10:30 DünyaABŞ Madriddə keçiriləcək NATO sammitində Avropanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş yeni addımlar barədə açıqlama vermək niyyətindədir.
Olaylar.az bildirir ki, bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib.
"Liderlər NATO sammitində alyansın müdafiə və çəkindirmə doktrinalarını gücləndirmək üçün yeni uyğunlaşma öhdəliklərini elan edəcəklər. ABŞ müttəfiqlərindən (bu məsələnin həllində) gözlənilən yeni böyük töhfələrlə yanaşı, Avropanın təhlükəsizliyini möhkəmləndirmək üçün addımlar elan edəcək", - deyə C.Kirbi bildirib.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31