Dünyanın ən varlı adamının övladı cinsiyyətini və adını dəyişdi - FOTO
24 İyun 2022 11:04 DünyaLos-Anceles dairəsinin Ali Məhkəməsinin hakimi amerikalı iş adamı İlon Maskın 18 yaşlı uşağının cinsiyyətinin və adının dəyişdirilməsi tələbini təmin edib.
Bu barədə TMZ məhkəmə sənədlərinə istinadən xəbər verir.
Ksavyer Mask artıq Vivian Cenna Uilson oldu.
Qeyd olunur ki, Uilson yeniyetmənin anasının qızlıq soyadıdır.
Nəşrin məlumatına görə, Vivian Cenna tezliklə yeni doğum şəhadətnaməsi alacaq.
Mask kanadalı yazıçı Castin Uilson ilə 2000-ci ildə evlənib. 2008-ci ildə boşanan cütlüyün ümumilikdə beş övladı var. Maskın digər iki övladının anası müğənni Qraymsdır (Kler Buşe).
Qeyd edək ki, "Forbes"un sayca 36-cı dollar milyarderlərinin reytinqinə İlon Mask 219 milyard dollarlıq sərvətilə başçılıq edir.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31