Məşhur aktyorun keçmiş arvadının liftdə görüntüləri yayıldı - FOTO
23 İyun 2022 22:49 DünyaConni Deppin keçmiş arvadı Amberin məşhur modellə liftdə öpüşməsinin görüntüləri mətbuata sızıb.
"YouTube"un "Popcorned Planet" kanalı Conni Deppin keçmiş həyat yoldaşı Amber Heard və model Kara Delevingnenin liftdə öpüşərkən əks etdirən kadrlarını yayıb.
Olaylar.az azxeber-ə istinadən bildirir ki, ötən günlərdə Conni Deppin açdığı böhtan iddiasında uduzan Amber Heardın Depplə evli olarkən məşhur model Cara Delevingne ilə münasibətdə olduğu iddia edilib.
Amber Heardın Delevingne və İlon Maskla üçlü münasibəti olması da mətbuatın gündəminə bomba kimi düşüb. Onlar iddiaları rədd etsə də, bu günə qədər mövzu ilə bağlı heç bir konkret sübut ictimaiyyətə açıqlanmayıb.
Lakin Böyük Britaniyada baş verən hadisədə Heardın dostlarından biri məhkəmə qarşısında aktrisanın Deppi Cara Delevingne ilə aldatdığını açıqlayıb.
Youtuber Andy Signore Amber Heard və Delevingnenin öpüşməsinin görüntülərini özünün "Popcorned Planet" adlı "YouTube" kanalında yerləşdirib. Görüntülər qısa müddət ərzində sosial şəbəkələrdə yayılıb.
.jpg)