Ermənistanda bütün telekanalların yayımı dayandı
23 İyun 2022 22:15 Dünyaİrəvanda axşam saatlarında televiziya qülləsinin işığının kəsilməsi səbəbindən telekanalların yayımı dayandırılıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, güclü külək səbəbindən enerji kəsilməsi nəticəsində bütün radiostansiya və telekanalların yayımında problem baş verib.
Daha sonra yayım bərpa olunub.
Qeyd edək ki, İrəvanda əsən güclü külək şəhərdə bir sıra binalara, sosial obyektlərə zərər vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31