“Vəziyyət İttifaq dövlətinin müdafiə qabiliyyətini gücləndirmək üçün birgə tədbirlərin görülməsini zəruri edir” - Şoyqu
23 İyun 2022 20:14 Dünya"Rusiya və Belarus İttifaq dövləti çərçivəsində öz müdafiə qabiliyyətini gücləndirmək üçün təcili tədbirlər görməlidir".
Olaylar.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu Moskvada belaruslu həmkarı Viktor Xreninlə görüşdə deyib.
Şoyqunun fikrincə, regional qoşun qruplaşmalarının və hava hücumundan müdafiə sisteminin döyüş hazırlığını artırmaq lazımdır. "Vəziyyət İttifaq dövlətinin müdafiə qabiliyyətini gücləndirmək üçün təcili birgə tədbirlərin görülməsi zərurətini diktə edir" deyən rusiyalı nazir Belarusu ən mühüm strateji tərəfdaş, ən yaxın dost və müttəfiq adlandırıb.
Şoyqu müdafiə qabiliyyətini gücləndirmək istiqamətində Minskə istənilən dəstəyi verəcəklərini bildirib.
azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31