"Ukraynalı və moldovanlara görə çox sevinirəm" - Qaribaşvili
23 İyun 2022 19:04 DünyaGürcüstan Aİ-yə namizəd statusuna Ukrayna və Moldovadan daha çox layiq idi.
Olaylar.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
"Əlbəttə, mən başqalarının uğurlarına paxıllıq eləmirəm, əksinə, ukraynalı və moldovanlara görə çox sevinirəm, amma Gürcüstan daha çox layiq idi. Üç ölkə arasında ən çox layiq olanı biz idik", - Qaribaşvili bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31