Meymunçiçəyi pandemiya elan olundu
23 İyun 2022 18:36 DünyaDünya Səhiyyə Şəbəkəsi meymunçiçəyini pandemiya elan edib.
Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın saytında yayımlanmış press-relizdə bildirilib.
Qeyd olunub ki, xəstəlik artıq 58 ölkəyə yayılıb və ümumilikdə 3 417 yoluxma halı təsdiqlənib. Əlavə olunub ki, müxtəlif qitələrdə yoluxanların sayı hər həftə daha da artır və ölkələr xəstəliklə mübarizə məqsədilə qlobal əməkdaşlıq etmədiyi təqdirdə virus yayılmağa davam edəcək.
Press-relizdə meymunçiçəyi virusunun çiçək xəstəliyindən daha az ölüm nisbətinə malik olduğu, lakin yayılmanın qarşısının alınması üçün müvafiq praktiki tədbirlər görülmədiyi təqdirdə milyonlarla insanın ölümünə, kor və ya əlil qalmasına səbəb ola biləcəyi qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31