Fətullah Gülənin qardaşı qızı tutuldu - FOTO

Türkiyə sərhədçiləri qeyri-qanuni yolla Yunanıstana keçməyə çalışan Fətullahçı terror təşkilatının (FETÖ) üzvlərini saxlayıb.

Bu barədə məlumatı Türkiyənin Müdafiə Nazirliyi yayıb.

Saxlanılanlar arasında təşkilatın lideri Fətullah Gülənin qardaşı qızı Sümeyya Gülən də var.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Gülən hazırda ABŞ-da yaşayır.

bakupost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31