ABŞ-da helikopterin qəzaya uğrayıb - 6 nəfər həlak olub
23 İyun 2022 12:39 DünyaABŞ-ın Qərbi Virciniya ştatının Loqan dairəsində "Bell UH-1B" tipli helikopter qəzaya uğrayıb.
Bu barədə yerli WBOY telekanalı məlumat verib. Xəbərdə bildirilib ki, helikopter magistral yolun yaxınlığındakı dağlıq əraziyə düşüb. Təcili yardım xidmətləri hadisə yerindədir, magistral yol bağlanıb.
Qəzanın səbəbləri hələlik məlum deyil, lakin FAA (Federal Aviasiya Administrasiyası) və ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) hadisənin səbəblərini araşdıracaq.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31