İranda 10 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilib

İranın qərbində yerləşən Kürdüstan vilayətində 10 nəfər vəba xəstəliyi şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Bunu İranın Kürdüstan vilayəti Tibb Elmləri Universitetinin rektor müavini Fərzam Bidarpur deyib.

Xəstələrin ümumi vəziyyəti qənaətbəxşdir. Analizlərin cavabları bir neçə gün ərzində bəlli olacaq.

F.Bidarpur əlavə edib ki, əhaliyə xam sudan istifadə etməmələri haqda xəbərdarlıq edilib. Həmçinin restoranlarda tərəvəz və göyərtilərin verilməsi qadağan olunub.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31