Putinin “nüvə çamadanı”nı daşıyan şəxs başından vuruldu
22 İyun 2022 22:48 DünyaRusiya Prezidenti Vladimir Putinin mühafizəçisi olan və "nüvə çamadanı"nı daşıyan FSB polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
"Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində qan içərisində olub. Onun yanında "İj 79-9TM" markalı travmatik tapança aşkar edilib. FSB zabitini qardaşı tapıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31