İspaniyada 43 il ərzində ilk dəfə vəbaya yoluxma aşkar edilib
22 İyun 2022 20:18 Dünyaİspaniyada 1979-cu ildən bəri ilk dəfə vəbaya yoluxma faktı aşkar edilib.
Olaylar.az bildirir ki, bu barədə İspaniya mətbuatı yazıb.
Qeyd olunur ki, xəstəliyə Toledo əyalətində fermaların birində krandan su içmiş qız yoluxub.
Onun xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hazırda həmin ferma bağlanıb. Mütəxəssislər fermadakı su quyusunda yoluxmanın olub-olmamasını araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31