Cənubi Koreyada da meymun çiçəyi virusu aşkarlanıb
22 İyun 2022 13:35 DünyaOlaylar.az xəbər verir ki, Meymun çiçəyi virusuna ilk yoluxma halı Cənubi Koreyada da qeydə alınıb. Virus aşkarlanan xəstələr 21 gün müddətinə təcrid olunacaqlar.
Cənubi Koreyanın Yonhap Xəbər Agentliyinin məlumatına görə, Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyinin (KDCA) verdiyi açıqlamada iki nəfərdə virusun aşkarlandığı qeyd edilib.
Bildirilib ki, hadisələrdən biri iyunun 20-də ölkəyə gələn əcnəbi, digəri isə iyunun 21-də ölkəyə daxil olan Cənubi Koreya vətəndaşıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31