Rusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri iyunun 30-dək uzadılıb
22 İyun 2022 11:03 DünyaRusiyanın 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimi iyunun 30-dək uzadılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimi 30 iyun 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-ə qədər uzadılıb", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, Anapa, Belqorod, Bryansk, Voronej, Gelendjik, Krasnodar, Kursk, Lipetsk, Rostovna-Donu, Simferopol və Elista hava limanlarında məhdudiyyətlər tətbiq edilib. Bu şəhərlərdə uçuşlara qadağa fevralın 24-də tətbiq edilib və daha sonra bir neçə dəfə uzadılıb. Qalan hava limanları isə normal rejimdə işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31