Təyyarə təcili eniş etdikdən sonra yanıb

Olaylar.az xəbər verir ki, Florida ştatının Mayami Beynəlxalq Hava Limanında sərnişin təyyarəsinin qəzaya uğraması və alışması nəticəsində azı 4 nəfər xəsarət alıb.  Yerli mətbuatın məlumatına görə, Red Air-in Santo Dominqodan gələn 203 saylı reysində 126 nəfər olub.
 MD-82 sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxaraq alov almazdan əvvəl kiçik bir binanı və rabitə qülləsini dağıdıb.
 Hadisə yerli vaxtla saat 17:30 radələrində baş verib.
 Qəzadan sonra təyyarənin sağ qanadında baş verən alova yanğınsöndürənlər müdaxilə edərək qısa müddətdə söndürüb.
 Bununla belə, hava limanının cənub tərəfindəki iki uçuş-enmə zolağı hələ də bağlıdır.
 Təyyarə təhlükəsiz şəkildə təxliyə edilib.  Təyyarədə olan 125 sərnişindən 4-ü və 11 ekipaj üzvü yüngül xəsarət alıb.
 Məlumata görə, onlardan üçü rayon xəstəxanasına yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31