Türkiyənin turizm rayonunda güclü meşə yanğınları yaşayış yerlərinə yayıldı: İnsanlar təxliyyə edilir - VİDEO
22 İyun 2022 10:44 DünyaTürkiyənin Muğla vilayətinin turizm rayonu Marmarisin meşəlik ərazisində gecə saatlarından başlayan yanğın yaşayış yerlərinə yaxınlaşır.
Bu səbəblə 30 evdə insanların təxliyəsinə başlanılıb.
İnsanlar evlərini boşaltmağa və axurlarda heyvanları çıxarmağa başlayıblar.
Yanğın küləyin təsirindən geniş əraziyə yayılıb. Yaxın rayonlardan da bölgəyə yanğınsöndürən qruplar cəlb edilib.
İHA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31