Fransada burkininin istifadəsi qanunla qadağan edildi

Fransa Ali İnzibati Məhkəməsi müsəlman xanımlar üçün çimərlik geyimi olan burkininin ictimai hovuzlarda istifadəsini qadağan edib.

Ali Məhkəmə burkininin Fransanın dünyəvi dövlət prinsiplərini pozduğunu və bu geyimin dini motivlərə istinad etdiyi qənaətindədir.

Qeyd edək ki, bir ay əvvəl Qrenobl şəhərinin rəhbərliyi ictimai hovuzlarda burkini geyiminin icazəsinə dair qərar qəbul etmişdir.

Bu hadisədən sonra qərarın əleyhinə olanlar məhkəməyə müraciət edib.

Burkininin istifadəsi mütəmadi olaraq Fransada qızğın siyasi müzakirələrə səbəb olur.

 Euronews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31