ABŞ-da sərnişin təyyarəsi eniş zamanı alışıb, xəsarət alanlar var
22 İyun 2022 10:29 DünyaMD-82 sərnişin təyyarəsi Mayami Beynəlxalq Hava Limanına eniş edərkən alışıb.
Bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Məlumata əsasən, təyyarənin göyərtəsində 126 nəfər olub. Eniş zamanı təyyarənin ön şassisi qırılıb. Bütün sərnişinlər və heyət üzvləri təxliyə edilib.
Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlar tibb məntəqələrinə çatdırılıblar.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31