Rusiya ordusunun qırıcısı yerə çırpıldı, PİLOT ÖLDÜ
21 İyun 2022 23:26 Dünya"Su-25" hücum təyyarəsi Rostov vilayətində təlim uçuşu zamanı qəzaya uğrayıb, nəticədə pilot ölüb.
Olaylar.az bildriri ki, bu barədə Cənub Hərbi Dairəsinin (SMD) mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, uçuş sursatsız həyata keçirilib, təyyarə boş yerə düşüb, yerdə dağıntı olmayıb.
İlkin məlumata görə, fəlakətin əsas versiyası kimi texniki nasazlıq hesab olunur:
"İnsidentə texniki nasazlıq səbəb ola bilər. Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir".
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31