Rusların komanda məntəqəsi və silah anbarı məhv edildi

Böyük Hersoq Vitautasının adını daşıyan 40-cı artilleriya briqadasının əsgərləri Ukraynanın cənubunda rus hərbçilərini məhv edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd edilib ki, işğalçılar binada öz komanda-müşahidə məntəqəsi, yaxınlıqda isə döyüş sursatı, xüsusən də tank əleyhinə raket kompleksləri anbarı qurublar.

Ukrayna əsgərləri düşməni havadan izləyib. Müşahidə zamanı məlum olub ki, qapıya V hərfi yazılıb və yaxınlıqda isə səngərlər hazırlanır.

Ukrayna ordusu artilleriya atəşi ilə obyekti məhv edib. Bina alovlanıb, hərbi sursat partlayıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31