Britaniyada meymunçiçəyinə yoluxmada artım olub
21 İyun 2022 19:43 DünyaSon bir həftə ərzində Böyük Britaniyada 219 nəfər meymunçiçəyinə yoluxub.
Olaylar.az bildirir ki, bu barədə ölkənin səhiyyə agentliyi bildirib.
Qeyd olunur ki, bu müddət ərzində yoluxanların sayı 27 faiz artaraq 793 nəfərə çatıb. Yoluxanlardan yalnız beş nəfəri qadınlar olub.
Böyük Britaniya ərazisində ən çox yoluxma Londonda qeydə alınıb. Paytaxtda 498 nəfərdə meymunçiçəyi infeksiyası aşkarlanıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31