"Ukraynaya namizədlik statusunun təqdim olunması ilə bağlı konsensus əldə edilib" - Kleman Bon

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi barədə razılıq əldə edib.

Olaylar.az bildirir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Kleman Bon Aİ Şurasının iclasının yekununda deyib.

"Aİ ölkələri arasında Ukraynaya namizədlik statusunun təqdim olunması ilə bağlı siyasi konsensus əldə edib", - deyə o bildirib.

Qeyd edək ki, Ukraynaya namizədlik statusunun verilməsi Avropa İttifaqının iyunun 23-24-də keçiriləcək sammitində müzakirə olunacaq.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31