Aİ Rusiya qızılına qarşı sanksiyalar tətbiq edəcək
21 İyun 2022 16:29 DünyaOlaylar.az xəbər verir ki, Avropa Komissiyası qızılla bağlı tədbirləri Rusiyaya qarşı mümkün yeni sanksiyalar paketinə daxil etməyə çalışır.
Bu barədə Reuters xəbər agentliyi məlumat yayıb.
Bunun Rusiya qızılının Avropa İttifaqı ölkələrinə idxalına məhdudiyyətlər, yoxsa Rusiyaya qızıl tədarükünün məhdudlaşdırılması demək olduğu hələlik məlum deyil.
İyunun 23-24-də Madriddə keçiriləcək Aİ dövlət başçılarının sammiti çərçivəsində Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı işlərin davam etdiriləcəyi ehtimal edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31