Tanzaniyada meymunlar tərəfindən qaçırılan körpə ölüb

Olaylar.az xəbər verir ki,  Şərqi Afrika ölkəsi Tanzaniyada meymunlar tərəfindən qaçırılan bir aylıq körpənin öldüyü bildirilib.

Ölkə mətbuatının məlumatına görə, iyunun 18-də ölkənin qərbindəki Kiqoma rayonunda meymunlar kənd evinə girərək anası tərəfindən əmizdirilən körpəni qaçırıblar.

Gömbe Milli Parkının sərhədində yerləşən yaşayış massivində baş verən hadisədə kəndlilər tərəfindən meymunlardan xilas edilən körpənin xəstəxanaya aparıldığı, müdaxilələrə baxmayaraq həyatını itirdiyi açıqlanıb.

Digər tərəfdən körpənin qaçırılmasının qarşısını almağa çalışan kəndlilərin də meymunların hücumuna məruz qaldığı qeyd edilib.

Tanzaniyanın 30 faizindən çoxu milli parklardan ibarətdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31