Toyda bəyin yas mərasimi keçirildi

Elazığda keçirilən bir toyda bəyin dostları bəyə sürpriz hazırlayaraq, üzərində "acı itkimiz" yazısı olan çələnglə şadlıq sarayına daxil olub və yas mərasimi təşkil ediblər. 
Olaylar.az xəbər verir ki, içəri daxil olan ilk şəxs bəyin şəklini daşıdığı halda, digərləri yaxasına şəkil yapışdırıb çələnglə içəri daxil olublar. 

İlk başsağlığı gəlindən gəlib. Daha sonra dostları bir-bir bəylə əl sıxaraq başsağlığı veriblər.

Qonaqları şoka salan hadisə sosial şəbəkədə paylaşılıb və görüntülər minlərlə sosial media istifadəçisi tərəfindən izlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31