Almaniya Ukraynaya verilən silahların siyahısını dərc edib
21 İyun 2022 15:33 DünyaAlmaniya ilk dəfə olaraq Ukraynaya verilən silahların siyahısını, eləcə də gələcək tədarük planını dərc edib.
Olaylar.az xəbər verir ki, Almaniya hökuməti Kiyevə 30 Gepard özüyeriyən zenit topları (ZSU), IRIS-T hava hücumundan müdafiə sistemi, MARS reaktiv yaylım atəşi sistemləri və digər silahlar vermək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın müdafiə naziri Kristina Lambrecht bildirmişdi ki, ukraynalı hərbçilər tezliklə alman haubitsalarının idarə edilməsi üzrə təlimləri başa vuracaqlar və bundan sonra silahlar Ukraynaya göndəriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31