Fransa prezidenti Makron baş nazir Bornenin istefasını rədd edib

Olaylar.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun hökumətin işini davam etdirməsi üçün baş nazir Elizabet Bornenin istefasını qəbul etmədiyi bildirilib.

Makron bu gün və sabah Yeliseydə parlamentdəki müxtəlif siyasi partiyaların rəhbərləri ilə təkbətək görüşlər keçirəcək.

Digər tərəfdən, 19 iyunda keçirilən ümumi seçkidə ikinci turda Makron ətrafındakı Ansambl (Birlikdə) ittifaqı parlamentdə mütləq çoxluğu əldə edə bilmədikdən sonra müxalifətdən fərqli fiqurlar Bornenin istefasını tələb ediblər.

Ənənəvi olaraq Fransada hər ümumi seçkidən sonra hazırkı baş nazir prezidentə istefasını təklif edir. Bu vəziyyətə "nəzakətlə istefa" da deyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31