Rusiya Qara dənizdəki “Boyko qüllələri”ni söndürə bilmir: Yanğın quyulara çatıb
21 İyun 2022 15:16 DünyaRusiyalılar ukraynalı müdafiəçilərin raketlərlə vurduqları "Boyko qüllələri" adlanan, "Çernomornefteqaz"ın qazma platformalarında baş verən yanğının öhdəsindən gələ bilmirlər. Artıq yanğın quyulara da çatıb.
Hadisə yerində olan rusiyalı jurnalist Olqa Kovitidinin məlumatına görə, hazırda yanğının söndürülməsi davam edir, gəmi hadisə yerinə yaxınlaşmağa çalışıb, lakin bacarmayıb.
Onun sözlərinə görə, platformalarda olan insanların axtarışı ilə bağlı işlər heç bir nəticə verməyib. Hadisə yerində hərbçilər də çalışırlar.
Ukrainskaya pravda
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31