Luqanskda atəş nəticəsində ölən 3 nəfərin cəsədi dağıntılar altından çıxarılıb
21 İyun 2022 14:37 DünyaLuqansk Xalq Respublikasının Krasnı Luç şəhərinin dağılmış yaşayış binalarından birində ukraynalıların "Toçka-U" raket kompleksindən istifadə edərək atəşə tutması nəticəsində həlak olan 3 mülki şəxsin qalıqları tapılıb.
Olaylar.az xəbər verir ki, bu barədə iyunun 21-də Luqansk Baş Prokurorluğundan məlumat verilib.
Ölənlərdən ikisinin uşaq olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31