Timsah kişini dostlarının gözü qarşısında yeyib

Olaylar.az xəbər verir ki, İndoneziyada Lop çayının sahilində timsah kişiyə hücum edərək, onu suyun altına sürükləyərək öldürüb

Bu barədə Metro xəbər  agentliyi məlumat yayıb.

Hadisə çərşənbə axşamı, iyunun 14-də Şərqi Kalimantan əyalətində baş verib. Qeyd olunur ki, sürünən 37 yaşlı Kamaruddin adlı kişini dostları və ailəsinin gözü qarşısında tutaraq dərhal suyun altına salıb. Yaxınları indoneziyalını xilas etmək üçün dərhal çaya qaçsalar da, onu və yırtıcını tapa bilməyiblər.

Kamaruddinin cəsədi yalnız ertəsi gün axşam saatlarında aşkar edilib. Nəşrin məlumatına görə, onu müstəqil axtarışlar aparan qohumları tapıb. Kişi çərşənbə günü yerli vaxtla saat 23:30 radələrində ölü tapılıb. Meyit dəfn olunmaq üçün yaxınlarına təhvil verilib.

Yerli sakinlərə Lop çayının sahillərində olarkən xüsusilə diqqətli olmaları tövsiyə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31