Mayami polisi ukraynalılara göndərmək üçün şəhər əhalisindən silah alır - FOTO
21 İyun 2022 12:20 DünyaMayami Polis İdarəsi "Ukrayna üçün silah" proqramını həyata keçirib - cəbhədəki ukraynalılara göndərmək üçün şəhər əhalisindən odlu silahları satın alıb.Tapançalar üçün 50 dollar, ov tüfəngləri üçün 100 dollar və AK-47 və ya AR-15 kimi tüfənglər üçün 150 dollar ödənilib."Odlu silahlarınızı təhvil vermək üçün hələ də gec deyil, heç bir sual verilmir! Silahların alınması Mayami şəhər meriyasında saat 14:00-a qədər həyata keçirilir", - deyə Mayami Polis İdarəsi "Twitter"də #SupportUkraine və #GunBuyBack heşteqlərini əlavə edərək yazıb.
Mayami polis rəisi Manuel Moralesin sözlərinə görə, bu yolla 68 silah toplanıb, amma "onlardan yalnız bir neçəsi Ukraynadakı dostlarımıza göndərmək üçün uyğundur".
ZN.ua
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31