Rusiyada təyyarə radarlardan itib

Rusiyanın Yakutiya Respublikasında "An-2" təyyarəsi radardan itib.Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.Bildirilib ki, təyyarənin göyərtəsində üç nəfər olub.Məlumat üçün qeyd edək ki, "An-2" - sovet istehsalı olan çoxməqsədli təyyarədir.  "An-2" kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir çox ölkələrin hava qüvvələrinin arsenalında yer alır.

TASS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31