İngiltərədə helikopter qəzaya uğradı: ölənlər var
20 İyun 2022 23:22 Dünyaİngiltərənin Şimali Yorkşir vilayətində helikopter qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, qəza nəticəsində 2 nəfər həyatını itirib. Lancaşayr və Cumbria sərhədi yaxınlığında baş verən qəzaya nəyin səbəb olduğu hələlik məlum deyil.
Hava Qəzalarının Təhqiqat Bölməsi hadisənin başvermə səbəbini öyrənmək üçün müfəttişlərdən ibarət qrupun qəza yerinə göndərildiyini bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31