"Rusiyaya aid aktivlər kütləvi şəkildə müsadirə olunacaq" - Denis Malyuska
20 İyun 2022 21:54 DünyaUkraynada Rusiya ilə əlaqələri olan şəxslərin əmlakı və aktivləri kütləvi şəkildə müsadirə ediləcək.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın ədliyyə naziri Denis Malyuska deyib.
O qeyd edib ki, söhbət Rusiya ilə əməkdaşlıq etməkdə şübhəli bilinən rusiyalıların və ukraynalıların əmlakının müsadirəsindən gedir.
Malyuska prosesin yayın sonunda başlayacağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31