Dmitri Kuleba Afrikanın 6 ölkəsinə səfər edəcək

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Afrikanın 6 ölkəsinə səfər edəcək.

Olaylar.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Mənim tapşırığımla Ukraynanın xarici işlər nazirinin ölkəmizin tarixində ilk dəfə Afrika dövlətlərinə regional turu hazırlanır. Biz həm də parlamentlərarası dialoqu inkişaf etdirməliyik, bunun üçün mən Rada nümayəndələrinin Afrika ölkələrinə səfərlərinin təşəbbüskarıyam", - Zelenski söyləyib.

Onun sözlərinə görə, Ukraynanın Afrika məsələləri üzrə xüsusi nümayəndəsi ölkələr arasında daha sıx əməkdaşlıq üçün yaxın vaxtlarda işə başlayacaq.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31