"Rusiyanın torpaqlarımızı ələ keçirmək cəhdi hər yerdə vəziyyətin pisləşməsinə səbəb olub" - Zelenski

Bəziləri düşünə bilər ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə Afrika Birliyi ölkələrindən çox uzaqdır. Lakin əhəmiyyətli dərəcədə artan ərzaq qiymətləri artıq milyonlarla afrikalı ailənin evinə çatıb.

Olaylar.az bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Avropadakı bir müharibə, yəni Rusiyanın torpaqlarımızı ələ keçirmək cəhdi hər yerdə qida əldə etməklə bağlı vəziyyətin pisləşməsinə və aclıq təhlükəsinin artmasına səbəb olub", - Zelenski qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31