Bu ölkədə əhaliyə dördüncü doza vaksin vurulacaq
20 İyun 2022 18:30 Dünya"Əhaliyə dördüncü dozanın vurulması planlaşdırılır. Hər şey hazırdır, yalnız vaxtı təyin etmək qalıb".
Olaylar.az lent.az-a istinadən xəbər verir ki, bunu İspaniyanın səhiyyə naziri televiziyaya müsahibəsində deyib.
"Böyük ehtimalla bu iş payızda reallaşacaq. Həmin vaxt koronavirusun müxtəlif ştamlarına qarşı qoruyan peyvəndlər də hazır olacaq" - deyə nazir qeyd edib.
Qeyd edək ki, hazırda İspaniyada Covid-19 əleyhinə 4-cü doza vaksin yaşı 80-dən yuxarı olan şəxslərə tətbiq edilir. Ölkə əhalisinin 57%-i buster dozanı qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31