Klinton 2024-cü il seçkilərində iştirak etməyəcək
20 İyun 2022 15:55 DünyaABŞ prezidentliyinə keçmiş namizəd və keçmiş dövlət katibi Hillari Klinton 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
O, bu barədə "Financial Times"a müsahibəsində bildirib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, siyasətçinin sözlərinə görə, hazırda bu barədə söhbət belə gedə bilməz.
Klinton qeyd edib ki, o, ABŞ-ın hazırkı prezidenti Co Baydenin daha bir müddət üçün Demokratlar Partiyasından namizəd olacağını gözləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31