Meymunların seçimi elm adamlarını təəccübləndirdi - "Netflix"i bəyənmədilər

"Spotify" və "Netflix"in "primat fokuslu" versiyalarına məruz qalan meymunların izləməkdənsə, dinləməyi üstün tutduqları müəyyən edilib.

Olaylar.az  bildirir ki, Şotlandiyanın Qlazqo və Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları Helsinki zooparkında üç ağ üzlü saki meymunu qrupu üzərində təcrübə aparıblar.

Meymunların ətrafına audio və video məzmunu arasında seçim edə biləcəyi, sensorlu ekranları olan kompüter sistemi quraşdırılıb. Sistemdəki məzmuna  yağış səsləri, musiqi, nəqliyyat səsləri, sualtı həyat videoları və ya abstrakt formalar və rənglər daxil edilib.

Tədqiqat qrupu ekranları infraqırmızı sensorların interaktiv tunellərinə yerləşdirib. Bu yolla meymunlar infraqırmızı şüalara toxunaraq video və ya audio məzmunu aça biliblər.

Üç saki meymununun iştirak etdiyi təcrübədə bu sistemdən cəmi 32 gün istifadə edilib. İlk həftə meymunların havaya alışması üçün tunellər sakit saxlanılıb. Sonra meymunlar bir neçə gündən bir dəyişən audio və ya vizual stimullar arasında seçim edə biliblər.

Təcrübə nəticəsində meymunların audio məzmuna iki qat üstünlük verdiyi müəyyən edilib. Videoçəkilişlər arasında meymunların ən çox diqqətini çəkən məzmun sualtı görüntülər olub.

Digər tərəfdən, meymunların baxdıqlarını və dinlədiklərini qeydə alan cihaz bu qarşılıqlı əlaqənin adətən bir neçə saniyə davam etdiyini göstərib.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31