Özbəkistan prezidenti Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib
20 İyun 2022 13:56 DünyaÖzbəkistan prezidenti Şavkat Mirziyoyev Konstitusiyaya dəyişiklikləri referendum yolu ilə qəbul etməyi təklif edib.
Olaylar.az Qazeta.uz-a istinadən xəbər verir ki, o bunu əsas qanuna əlavə və dəyişikliklərlə bağlı təkliflərin formalaşdırılması üzrə konstitusiya komissiyasının üzvləri ilə görüşdə deyib.
"Komissiyanın təklifi ilə parlamentin hazırladığı layihəyə ümumxalq müzakirəsində baxılaraq referendum yolu ilə qəbul edilməsini təklif edirəm", - deyə dövlət başçısı bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31