Ukraynadan rus musiqisinə qadağa
20 İyun 2022 13:17 DünyaOlaylar.az xəbər verir ki, Ukrayna parlamenti bəzi rus musiqilərinin mediada və ictimai yerlərdə qadağan edilməsinin lehinə səs verib.
Ukrayna parlamenti rus kitablarına və musiqisinə ciddi məhdudiyyətlər qoyan iki qanunu səsə qoyub.
Qanunlardan biri Rusiya vətəndaşlarının Rusiya pasportlarından imtina edib Ukrayna vətəndaşlığını almadıqları halda kitab çap etmələrini qadağan edəcək. Qadağa yalnız 1991-ci ildə Sovet hakimiyyətinin süqutundan sonra Rusiya vətəndaşlığını daşıyanlara şamil ediləcək.
Digər qanun isə 1991-ci ildən sonra Rusiya vətəndaşlarının mediada və ictimai məkanda musiqi ifa etməsinə mane olacaq.
Ukraynanın mədəniyyət naziri Oleksandr Tkaçenko yeni məhdudiyyətləri alqışladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31