Azərbaycanlıların sevimlisi olan məşhur aktrisa 15-ci mərtəbədən yıxılaraq öldü - FOTO/VİDEO
20 İyun 2022 13:00 DünyaTürkiyəli aktrisa Yonca Türkman faciəvi şəkildə dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, 47 yaşlı aktrisa yaşadığı mənzilin 15-ci mərtəbəsində yıxılaraq vəfat edib. Hadisə İstanbulun Qaziosmanpaşa Karayolları Mahallesində baş verib.
Yoncanın eyvandan yıxılma səbəbi hələ ki, bəlli deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, Türkman bu günə qədər bir çox reytinqli ekran işlərində rol alıb. O "Evlilik hakkında her şey", chr("39")İyilik", "Adı sevgi" kimi seriallarda müxtəlif obrazları canlandırıb.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31