DXR-də 124 gündə eskalasiya zamanı 188 dinc sakin həlak olub

Donetsk Xalq Respublikasında Ukrayna Silahlı Qüvvələrinin 124 günlük eskalasiyası zamanı 188 dinc sakin həlak olub, 886 nəfər yaralanıb. 

Olaylar.az xəbər verir ki, bu barədə iyunun 20-də Donetsk Xalq Respublikasının (DXR) Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki (JCCC) nümayəndəliyinin Telegram kanalında məlumat verilib.

"124 gün ərzində eskalasiya zamanı 9-u uşaq olmaqla 188 mülki şəxs həlak olub. Sərhədlər daxilində olan ərazidə 886 mülki şəxs, o cümlədən 66 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb" - deyə məlumatda qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31