Yaponiyada 5 bal gücündə zəlzələ baş verib

Olaylar.az xəbər verir ki, Yaponiyanın İşikava əyalətinin Noto yarımadasında 5 bal gücündə zəlzələ baş verib.Bu barədəYaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.Zəlzələ yerli vaxtla saat 10:31-də İşikavada 5 bal gücündə qeydə alınıb.Agentlik zəlzələnin 14 kilometr dərinlikdə qeydə alındığını açıqlayıb. Zəlzələdən sonra nəhəng dalğa xəbərdarlığı olmayıb.

Baş nazir Kişida Fumio, qonşu Niigata və Toyama əyalətlərində də hiss edilən zəlzələdə indiyədək bölgədə hər hansı dağıntının aşkar edilmədiyini açıqlayıb.

Hokuriku Electric Power (Rikuden) İşikavadakı Şika Atom Elektrik Stansiyasında heç bir anomaliya aşkar etməyib.

Xatırladaq ki, dünən İşikavada baş verən 5,4 bal gücündə zəlzələdə 6 nəfər xəsarət alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31