Koronavirus tarixində ilk - Virus bu heyvanlardan da keçir...
20 İyun 2022 12:04 DünyaTaylandda təxminən bir ildir aparılan elmi araşdırmalar nəticəsində COVID-19-un ilk dəfə pişikdən insana keçdiyi müəyyən edilib.
Banqkokdakı Songkla Universitetində aparılan araşdırma nəticəsində keçən il COVID-19-a yoluxan 32 yaşlı baytarın pişikdən virusa yoluxduğu müəyyən edilib.
Araşdırmalar çərçivəsində baytardan götürülmüş virus gen nümunələri ilə xəstəlikdən 5 gün əvvəl müalicə edərkən üzünə asqıran pişiyin virus gen nümunələrində oxşarlıq aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, xəstəlik pişiyə ev sahiblərindən keçib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31