Rusiya Çinə neft ixracını rekord həddə çatdırır

Olaylar.az xəbər verir ki, 2022-ci ilin mayında Rusiya Çinə xam neft tədarükündə lider olub. Çin Rusiya Federasiyasından "qara qızıl" idxalını aylıq ifadədə təxminən 25 faiz, illik ifadədə isə daha 55 faiz artırıb. Beləliklə, Rusiya Çinə yanacaq ixrac edən bütün ölkələr arasında Səudiyyə Ərəbistanını birinci yerdən sıxışdırıb.

Ötən ay Rusiyadan Çinə neft tədarükünün həcmi Şərqi Sibir-Sakit Okean (ESPO) magistral yolu ilə tədarüklər də daxil olmaqla, demək olar ki, 8,42 milyon ton (gündə 1,98 milyon barel) təşkil edib. Ölkənin Avropa hissəsindəki və Uzaq Şərqdəki Rusiya limanlarından dəniz daşımaları da nəzərə alınır. Aprel ayında tədarüklər gündə təxminən 1,59 milyon barel olub.

Səudiyyə Ərəbistanına gəlincə, ötən ay Çinə 7,82 milyon ton "qara qızıl" ixrac edib. Bu, gündəlik 1,84 milyon bareldir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31