Banqladeşdə daşqın nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb
20 İyun 2022 10:59 DünyaBanqladeşin müxtəlif bölgələrində güclü leysanların törətdiyi daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı artıb.
Olaylar.az xəbər verir ki, təbii fəlakət nəticəsində 27 nəfər ölüb, 4 milyondan çox insan isə fəlakət zonasında qalıb.
Son 15 ildə ölkənin yüksək dağlıq ərazilərində baş verən sürüşmələr nəticəsində 200-dən çox insan həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31