Ermənistanda Paşinyanı təhqir edən gənclər güllələndi
20 İyun 2022 11:04 DünyaErmənistanın Araqatsotn vilayətində ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinin qohumları Baş nazir Nikol Paşinyanı təhqir edən bir qrup gənci güllələyib.
Olaylar.az xəbər verir ki, bu barədə məlumatı "Politik.am" saytı yayıb.
İnsident Niqavan kəndində baş verib.
Belə ki, "Vətəndaş müqaviləsi" partiyasından Araqatsotn vilayətinin qubernatorunun müavini Eqdar Parvanyan və deputat Matevos Asatryanın qohumları bir qrup gənclə mübahisə edib. Daha sonradan sözügedən şəxslər "Kalaşnikov" tipli avtomatdan gəncləri atəşə tutub.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.
Qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31